Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-04-2024 , 12:18

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri: “Əmlakın sənədinin olmaması səbəbindən borclu vergi ödəyiciləri haqqında məlumatları icra şöbəsinə təqdim etmək mümkün olmur”

“Sabunçu rayonunda on  bələdiyyə formalaşdırılıb. Bu bələdiyyələr sırasında Kürdəxanı Bələdiyyəsinin öz yeri var. Etiraf etməliyəm ki, Kürdəxanı bələdiyyəsi daha çox  son on  ildəki fəaliyyətiylə seçilir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Ağaəli Məsimov  bələdiyyənin sədr müavini Heyran Kərimovanın, bələdiyyə qulluqçularının  və  “Bələdiyyələrinin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin  iştirakıyla keçirilən görüşdə bildirib.

Sədr bildirib ki, 2020-ci illə müqayisədə büdcə gəlirlərini səkkiz  faiz artırm əldə olunub. Ötən il ərzində bələdiyyənin büdcə gəlirlərinin həcmi  131.775 manat olub. 

2020-ci illə müayisədə əmlak vergisinin həcmi də artıb. Belə ki, 2020-ci ildə 66.540 manatlıq əmlak vergisi toplanmışdısa, bu rəqəm ötən il üzrə 73.941 manat təşkil edib.

Görüşdə bildirilib ki, bələdiyyə ərazisində ümumi əmlakın 90 faizinin  sənədləşdirilməməsi, üstəlik bu günədək bələdiyyənin xəritəsinin təqdim edilməməsi fəaliyyəti ciddi problem yaradır. Bu gün büdcə gəlirlərinin aşağı olması da məhz bu məqamla bağlıdır. Ötən ilin sonlarında BAMS poqramının Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi nəticə etibariylə gəlirlərimizin artımına səbəb olacaq.  

Sədr müavini Heyran Kərimova  qəsəbədə görülən işlərə toxunaraq, son on il ərzində Kürdəxanı bələdiyyəsi  ciddi şəkildə fəaliyyətində dönüş yaradaraq əvvəlki illərdə  sakinlər arasında formalaşmış neqativi aradan qaldıra bildi. Hazırda sakinlər üzləşdiyi problemin həlliylə bağlı ilk olaraq Kürdəxanı bələdiyyəsinə müraciət edir.

Görüşdə bildirildi ki, əmlakın sənədinin olmaması səbəbindən borclu vergi ödəyiciləri haqqında məlumatları icra şöbəsinə təqdim etmək mümkün olmur. 2021-ci ildə 22 nəfər, 2022-ci ildə cəmi 12 nəfər haqqında bələdiyyənin tərtib etdiyi akt icra şöbəsinə təqdim edilib.  Hələ ki, 34  borclu vergi ödəyicimizdən yalnız 16 nın borcu ödənib. Bu istiqamətdən əldə onunan vəsaitin həcmi 4.000 manatdan artıq olub.

Görüşdə bildirildi ki, bələdiyyənin Maştağa, Məhəmmədi, Pirşağı, Nardaran və Zabratla sərhəddi var. Lakin bəzi məqamlarda qeyridəqiqliyin olması nəticə etibariylə hər bir bələdiyyəyə problem yaradır.

 Qeyd edək ki, hazırda qəsəbənin 3.310 vergi ödəyicisi və 18 min nəfərə yaxın əhalisi var.

Sədr bildirib ki, bələdiyyənin əsas məqsədi əldə olunan maliyyə vəsaitiylə sakinlərin qaldırdığı problemlərin həllinə nail olmaqdır.    

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər